Ukraynada 3350 nəfər yol qəzasında həyatını itirib

Ukraynada 3350 nəfər yol qəzasında həyatını itirib
  • DÜNYA

2018-ci ildə Ukraynada gündə orta hesabla 9-10 nəfər yol qəzasında həyatını itirib. Hesabat ilində 3350 nəfər yol qəzalarının qurbanı olub.

Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə mətbuata Ukraynanın Patrul Xidməti Departamentinin birinci müavini Aleksey Biloşpitskiy məlumat verib.

2018-ci ildə yol qəzalarında ölənlərin sayı 2017-ci illə müqayisədə 82 nəfər azdır. 150120 yol qəzası baş verib ki, nəticədə 30884 nəfər xəsarət alıb. Yol qəzasında xəsarət alanların sayı 2017-ci illə müqayisədə 2926 nəfər azdır.
 
Aktual.az
Xəbər 322 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR