"Ukrayna xalqı ilə problemimiz yoxdur, lakin..." - Lovrov


"Ukrayna xalqı ilə heç bir problemimiz yoxdur. Lakin onları debilləşdirməyə, onlarda ruslara qarşı əhval oyandırmağa başlayıblar”.

Aktual.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov RBK telekanalına müsahibəsində deyib.
 
Onun sözlərinə görə, Ukraynada Rusiyanın qarşısını kəsmək üçün böyük oyun oynanılır:

"Bu, çevrilişdən (O, 2014-cü ildə Ukraynadakı "Maydan” hərəkatını nəzərdə tutur – red) daha öncə baş verib, müstəqilliklərini əldə edəndən sonra. Bu kursu Ukraynada Rusiyanın qarşısını kəsmək üçün alət görən böyük şahmat taxtasının oyunçuları seçiblər və onu sadəcə regional oyunçuya çevirmək istəyirdilər”.
Xəbər 422 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR