Ukrayna Rusiyaya qaz tranziti üçün müqavilə təklif edəcək

Ukrayna Rusiyaya qaz tranziti üçün müqavilə təklif edəcək
  • DÜNYA

Sentyabrın 19-da Brüsseldə keçiriləcək Avropa İttifaqı-Ukrayna-Rusiya üçtərəfli məsləhətləşmələri zamanı Ukrayna hökuməti Rusiyaya yeni 10 illik qaz tranziti müqaviləsi təklif edəcək.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə brifinqdə Ukraynanın enerji və ətraf mühitin mühafizəsi naziri Aleksey Orjel məlumat verib.
O, müqavilədə minimum illik qaz nəqlinin 60 milyard kubmetr həcmində nəzərdə tutulduğunu, bunun 90 milyard kubmetrə çatdırıla biləcəyini qeyd edib. Nazir bu həcmlərin daha əvvəl Avropa Komissiyası prezidentinin müavini Maroş Şefçoviç tərəfindən də səsləndirildiyini xatırladıb.
Qeyd edək ki, Ukrayna ilə Rusiya arasında qaz tranzitinə dair mövcud müqavilənin müddəti bu il dekabrın 31-də başa çatır. Bundan əvvəl Rusiya tərəfi həmin müqaviləni növbəti dəfə uzatmağı təklif etmişdi.
Xəbər 319 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR