Ukrayna “Moskva” kreyserini vurdu - Rusiya donanmasına ağır zərbə...

Ukrayna “Moskva” kreyserini vurdu - Rusiya donanmasına ağır zərbə...

Rusiyanın "Moskva” raket kreyserində yanğın baş verib.

Aktual.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yanğın nəticəsində döyüş sursatları partlayıb, gəmiyə ciddi ziyan dəyib.

Bildirilib ki, ekipaj tamamilə təxliyə edilib, yanğının baş vermə səbəbləri araşdırılır.

Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Maksim Marçenko isə bildirib ki,  "Moskva" kreyserini "Neptun" raketləri ilə vurub: 

"Moskva" kreyserinin bu gün Zmeynıy adasında sərhədçilərimiz tərəfindən göndərildiyi yerə getdiyi təsdiqlənib. Qara dənizi qoruyan "Neptun" raketləri Rusiya gəmisinə çox ciddi ziyan vurub", - Marçenko bildirib.

Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç də Rusiya donanmasının flaqmanında baş verən yanğınla bağlı məlumat verib.

Onun sözlərinə görə, "Moskva"da 510 ekipaj üzvü var və yanğının aradan qaldırılması fırtına ilə çətinləşib. O, həmçinin, bunun Zmeynıy adasının müdafiəçilərinin təslim olmasını tələb edən "döyüş gəmisi" olduğunu təsdiqləyib.

Qeyd edək ki, kreyserdə artilleriya, zenit, sualtı qayıq əleyhinə və mina-torpedo  silahları var. Gəmidə həmçinin P-1000 Vulkan gəmi əleyhinə raketlər üçün 16 buraxılış qurğusu mövcuddur. Raketlər 1000 km məsafədə olan hədəfləri vura bilir.
Xəbər 777 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR