Ukrayna Hava Yolları da Belarus üzərindən uçuşları qadağan etdi

Ukrayna Hava Yolları da Belarus üzərindən uçuşları qadağan etdi

Ukrayna Baş naziri Denis Şmıqal Ukrayna və Belarus arasında hava trafikinin dayandırılacağını bildirib.

Aktual.az xəbər verir ki, hökümət başçısı Telegram kanalında Kiyevin Ryanair laynerinin Minskə enməsi ilə bağlı hadisəni Beynəlxalq Mülki Aviasiya Konvensiyasının pozulması kimi qiymətləndirdiyini açıqlayıb.

26 may gecə yarısından etibarən Ukrayna Hava Uollarına Belarusun hava məkanında uçuşlar qadağan ediləcək.

Xatırladaq ki, mayın 23-də NEXTA Telegram kanalının qurucusu Roman Protaseviçin uçduğu Ryanair təyyarəsi təcili olaraq Minskə enib. Fəal Belarusda kütləvi iğtişaşlar təşkil etməkdə günahlandırılır. O, laynerin enişindən sonra Belarus KQB-si tərəfindən həbs edilib.
Xəbər 82 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR