Ukrayna əhalisinin sayı sürətlə azalır

Ukrayna əhalisinin sayı sürətlə azalır
  • DÜNYA

 Ukrayna əhalisinin sayı ilin əvvəlindən etibarən 150 min nəfərdən çox azalıb.

Aktual.az "Report"a istinadən saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Statistika İdarəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, Ukrayna əhalisi 1993-2016-cı illər ərzində 9,4 mln. nəfər və ya 18% azalma göstərib. 2016-cı ildə əhalinin sayı 176 min nəfər azalıb. Hazırda hər 100 ölən insana 61 yeni doğulan insan düşür. Bununla yanaşı, qeyd olunur ki, Ukraynada sonuncu dəfə siyahıyaalma 2001-ci ildə aparılıb və ölkədə 48,5 mln. insanın yaşadığı məlum olub.
Hazırda Ukrayna hökuməti insanların sayını çörək və elektrik enerjisi istehlakına görə aparır. Bu hesablamaya görə, ölkədə 25-30 mln. insan yaşayır. Ali Radanın deputatı Andrey Şipkonun sözlərinə görə, hər gün ölkədə 500 ukraynalı azalır.
 
Aktual.az
Xəbər 310 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR