Türkmənistanın yeni prezidenti seçildi

Türkmənistanın yeni prezidenti seçildi

Türkmənistanda prezident seçkilərində Sərdar Berdimuhəmmədov 72,97 faiz səslə qalib gəlib.

Aktual.az xəbər verir ki, bu barədə TASS Türkmənistan Mərkəzi Seçki Komissiyasına istinadən məlumat yayıb. 40 yaşlı Sərdar Berdimuhəmmədov Türkmənistanın hazırkı Prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğludur. 

Martın 12-də Türkmənistanda keçirilmiş prezident seçkilərində qeydiyyata alınmış 3 milyon 460 min 080 seçicidən 3 milyon 362 min 052 nəfəri iştirak edib, bu isə ümumi seçicilərin 97,17%-i deməkdir.

MSK-nın məlumatına görə, prezidentlik kürsüsü uğrunda mübarizə aparmış 9 namizəd aşağıdakı kimi səs qazanıb:

- Lebap vilayətinin maliyyə-iqtisadi orta peşə məktəbinin direktoru Perhat Begencov - 2,02%;
- Marı vilayəti başçısının müavini Ağacan Bəymıradov - 7,22%;
- Baş nazirin iqtisadiyyat və maliyyə məsələləri üzrə müavini Sərdar Berdıəhəmmədov - 72,97%;
- Türkmənistanın Səhiyyə və Tibb Sənayesi Nazirliyinin "Avaza” sanatoriyasının Baş həkimi, Türkmənistan Məclisinin deputatı Berdıməmməd Qurbanov - 2,22;
- "Vepaly gurluşyk” Tikinti Şirkətinin direktoru Babamırat Meredov - 1,08%;
- Türkmənistan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun elmi işlər üzrə prorektoru Xıdır Nunnayev - 11,09%;
- Türkmənistan Demokratik Partiyasının Daşoğuz vilayətinin Saparmurat Türkmənbaşı adına rayon Komitəsinin sədri Maksat Odeşov - 1,15%;
- Axal vilayəti Babadayxan Rayonu Sanitar-Epidemioloji Xidmətinin rəisi Maksatmırat Ovezgeldiyev - 1,16%;
- Dövlət Energetika İnstitutunun "Bərpa olunan Enerji Mənbələri” Elmi-İstehsalat Mərkəzinin direktoru Kakageldi Sarıyev - 1,09%.
Xəbər 507 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR