Türkmənistanda bütün güzəştlər ləğv edildi

Türkmənistanda bütün güzəştlər ləğv edildi
  • DÜNYA

 Türkmənistan Hökuməti 2019-ci il yanvarın 1-dən ölkə sakinlərinə elektrik enerjisi, qaz, içməli su və xörək duzunun pulsuz verilməsini dayandırır. 

Bu barədə "Report" Türkmənistan Dövlət İnformasiya Agentliyinə istinadən xəbər verir.
Bu qərar dünən Aşqabadda Xalq Məsləhətinin (Xalq Şurası - ölkənin ali hökumət orqanı) birinci iclasında qəbul edilib.
Eyni zamanda Xalq Şurası 2019-ci il yanvarın 1-dən Türkmənistan əhalisini elektrik enerjisi, qaz, içməli su, xörək duzu ilə ödənişli əsaslarla, güzəştli qiymətlərlə təmin edilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, Türkmənistan əhalisinə təbii qaz, su və elektrik enerjisi 1992-ci ildən pulsuz verilir.
 
Aktual.az
Xəbər 60 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR