Türkiyənin 16 fenomeni barəsində araşdırma başladı

Türkiyənin 16 fenomeni barəsində araşdırma başladı
  • DÜNYA

Türkiyənin 16 sosial şəbəkə fenomeni barəsində araşdırma başlayıb.

Buna səbəb Enes Batur, Sezgin Yılmaz, Tamer Yeşildağ, Damla Nur Altun, Başak Karahan, Doğan Kabak, Ferit Karakaya, Cantuğ Özsoy kimi populyar simaların sosial şəbəkələrdə icazəsiz mərc, lotoreya oyunları təşkil etməsidir.

Milli Lotoreya İdarəsinin icazəsi olmadan atılan addımları İstanbul Baş Prokurorluğu araşdırmağa başlayıb. Bu çərçivədə 16 fenomen polis şöbəsinə çağırılaraq dindirilib.

Enes Batur isə Maliyyə Cinayətləri Şöbə Müdirliyində yarım saat ifadə verməli olub.

"Vergi ödəyirəm. Bu gün də ödəyəcəyəm. Lotoreya üçün icazəm olmasaydı, yəqin ki, cərimələnərdim”,- deyə Batur bildirib.
Xəbər 610 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR