Türkiyəli məşhurlar ermənilərə dəstək oldular

Türkiyəli məşhurlar ermənilərə dəstək oldular

Türkiyənin bir neçə məşhur siması qondarma "erməni soyqırımı”nı dəstəkləyən paylaşımlar edib.

Aktual.az xəbər verir ki, aprelin 24-də ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri barədə danışarkən "soyqırımı” ifadəsini işlətməsindən sonra qardaş ölkənin şou-biznes nümayəndələri arasında fikir ayrılığı yaranıb.

Mədəniyyət üzvlərinin əksəriyyəti sosial şəbəkədə Türkiyənin mənafeyini müdafiə edən paylaşımlar etsə də, bəziləri ermənilərə dəstəyini ifadə edib. Belə ki, aktrisa Hazar Ergüçlü "soyqırımı simvolu”nu instaqramda paylaşaraq "bəzi yaralar zamanla sağalmır”,- şərhini yazıb.

Nazlı Bulut, Meriç Aral da sözügedən "simvol”u paylaşaraq ermənilərə dəstək olub.

Hər 3 şəxsin bu addımı ölkədə sosial medianın gündəmini zəbt edib, onların ünvanına tənqidi şərhlər yazılıb.

Fotoda Meriç Aral
Xəbər 67 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR