Türkiyədə toy, nişan, xınayaxadı keçirmək mümkün olacaq   — Bu saatlar daxilində

Türkiyədə toy, nişan, xınayaxadı keçirmək mümkün olacaq   — Bu saatlar daxilində

Türkiyənin 3-cü böyük şəhəri olan İzmirdə və vilayətə tabe olan kənd və qəsəbələrdə toy, nişan, xınayaxadı, sünnət məclisi kimi el şənliklərinin keçirilməsi ilə bağlı qaydalara dəyişiklik edilib.

Aktual.az xəbər verir ki, İzmir valisi Yavuz Selim Köşgerin imzaladığı qərarla vilayət üzrə keçiriləcək bu tipli məclislərin saat 14:00-dan gecə 23:00-dək keçirilməsinə icazə verilib. Sakinlər təyin edilmiş vaxt çərçivəsindən kənara çıxmamalı və qoyulmuş qaydalara uyğun məclis keçirməlidirlər.

Bu qərar yerli əhali tərəfindən məmnuniyyətlə qarşılanıb.(publika.az)
Xəbər 261 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR