Türkiyədə təbii qaz ehtiyatları tapılıb

Türkiyədə təbii qaz ehtiyatları tapılıb

Türkiyənin şimal-qərbində təbii qaz ehtiyatları aşkar edilib.

Bu barədə ölkənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz deyib.
Nazir bildirib ki, təbii qaz ehtiyatları İstanbulun ətrafında və Tekirdağ vilayətində tapılıb.
Onun sözlərinə görə, hazırda həmin bölgələrdə təbii qazın həcmi dəqiqləşdirilir.
F.Dönməz əlavə edib ki, Türkiyə gələcəkdə də quruda və dənizdə neft-qaz ehtiyatlarının aşkar olunması üçün kəşfiyyat işlərini davam etdirəcək.(trend.az)
Xəbər 112 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR