Türkiyədə mədən partlayışı: 87 nəfər yerin altında qalıb

Türkiyədə mədən partlayışı: 87 nəfər yerin altında qalıb

Türkiyənin Bartin vilayətində kömür mədənində partlayış nəticəsində dağıntılar altında qalan 87 işçidən 11-i xilas edilib.
Aktual.az-ın xəbərinə görə, bu barədə Amasra rayonunun Bələdiyyə başçısı Recai Çakır jurnalistlərə açıqlamasında bildirib.
Enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz və daxili işlər naziri Süleyman Soylu hadisə yerinə gedir.
Bartin vilayəti Respublika Baş Prokurorluğunda baş verən partlayış ilə bağlı istintaq başladılıb, 3 prokuror işə cəlb olunub.
***
Türkiyənin Bartin vilayətində daş kömür mədənində partlayış baş verib.
Aktual.az-ın NTV-yə istinadla xəbərinə görə, hadisə yerinə xilasedicilər cəlb edilib.
Partlayışın səbəbi hələ ki, məlum deyil.


Xəbər 713 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR