Türkiyədə koronavirusdan ölənlərin sayı artdı

Türkiyədə koronavirusdan ölənlərin sayı artdı

Türkiyədə koronavirusdan daha bir nəfər ölüb.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.
"61 yaşlı kişi öldü. Koronavirusa yeni 93 yoluxma qeydə alınıb, xəstələrin ümumi sayı 191 nəfər təşkil edir", - deyə nazir  özünün "Twitter"dəki səhifəsində yazıb.
Koronavirus ilk dəfə Türkiyədə martın 11-də yerli sakində aşkarlanıb. Həmin şəxs Avropadan qayıdıb.
Qeyd edək ki, bu, Türkiyədə koronavirusdan ikinci ölüm hadisəsidir. Ölkədə ilk ölüm hadisəsi dünən qeydə alınıb. 
Xəbər 300 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR