Türkiyədə iyundan şəhərlərarası səfərlərə icazə veriləcək

Türkiyədə iyundan şəhərlərarası səfərlərə icazə veriləcək

Türkiyədə iyunun 1-dən etibarən koronavirus pandemiyası səbəbi ilə tətbiq olunan bir sıra məhdudlaşdırıcı tədbirlər yumşaldılacaq, o cümlədən şəhərlərarası səfərlərə icazə veriləcək.

"Report” "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, Türkiyə sakinləri yenidən çimərliklərə, qoruqlara və parklara baş çəkə biləcəklər, kafe, muzey, uşaq bağçaları da işə başlayacaq.
Bundan əlavə, iyunun 1-dən etibarən daha əvvəl məzuniyyətə göndərilən və ya "çevik” rejimdə işləyən dövlət məmurları da işə başlayacaqlar.
Xəbər 319 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR