Türkiyədə ilk 8 təkərli hərbi zirehli avtomobil istehsal olundu

Türkiyədə ilk 8 təkərli hərbi zirehli avtomobil istehsal olundu
  • DÜNYA

Türkiyənin Mersin vilayətində "Derman” adlı yerli istehsallı ilk 8 təkərli hərbi zirehli yük nəqliyyat vasitəsinin nümunəsi hazırlanıb. 

 

Hərbi zirehli yük avtomobilinin ilk nümunəsinin hazırlanmasına 2016-cı ildə başlanılıb.

Hərbi nəqliyyat vasitəsinin istehsalı prosesində 40-a yaxın türk mühəndis iştirak edib. Trend-in məlumatına görə, sınaqdan sonra "Derman”ın silsilə istehsalı təşkil ediləcək və o, Türkiyə Ordusunun silahlanmasına daxil ediləcək.

 

Xəbər 279 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR