Türkiyədə iki general təqaüdə göndərildi

Türkiyədə iki general təqaüdə göndərildi
  • DÜNYA

Türkiyədə iki komandan təqaüdə göndərilib.

Aktual.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Yüksək Hərbi Şuranın iclasının nəticələrinə dair açıqlamasında deyib.

General Hasan Küçükakyüz Hərbi Hava Qüvvələrinin, general Adnan Özbal isə Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsindən təqaüdə göndərilib. Atilla Gülhan Hərbi Hava Qüvvələrinin, Ercüment Tatlıoğlu isə Hərbi Dəniz Qüvvələrinin yeni komandanı təyin olunub.

Bundan əlavə, 16 general və admiral daha üst rütbəyə yüksəldilib. 40 general və admiralın səlahiyyət müddəti bir il uzadılıb, 38 general və admiral təqaüdə çıxıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülərin yaş həddi və səlahiyyət müddəti bir il uzadılıb.
Xəbər 508 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR