Türkiyədə həbs edilən azərbaycanlının ibtidai istintaqı başa çatıb

Türkiyədə həbs edilən azərbaycanlının ibtidai istintaqı başa çatıb

Dələduzluq və rəsmi sənədləri saxtalaşdırmada təqsirləndirilən Haldun Hacıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Siyavuş Hacıyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin olunmayıb.
Cinayət işində 5 zərərçəkmiş var.
Qeyd edək ki, 1983-cü il təvəllüdlü H.Hacıyev dələduzluq və rəsmi sənədləri saxtalaşdırmada təqsirli bilinir. Vətəndaşların şikayətləri əsasında H.Hacıyev barəsində hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb, lakin o, istintaqdan yayınıb. Daha sonra H.Hacıyev "İnterpol” xətti ilə axtarışa verilib və Türkiyədə saxlanılıb. O, bir müddət sonra Azərbaycana ekstradisiya edilib.
Xəbər 254 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR