Türkiyədə 6 yaşlı azərbaycanlı qız hovuzda boğuldu

Türkiyədə 6 yaşlı azərbaycanlı qız hovuzda boğuldu

Türkiyədə azərbaycanlı qız hovuzda boğularaq ölüb.

Aktual.az APA-istinadən xəbər verir ki, hadisə Antalyanın Kəmər rayonunda beşulduzlu hoteldə baş verib. Valideynləri və xalası ilə birlikdə tətilə gedən 6 yaşlı Leyla Rzayeva hotelin böyüklər üçün hovuzuna girib. Həmin vaxt azyaşlının xalası yanında olub. Bir müddət sonra hoteldə dincələn digər şəxslər azyaşlının hovuzun dibində hərəkətsiz olduğunu fərq ediblər. Sudan çıxarılan Leyla xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada keçinib. 


Azyaşlının xalası, 34 yaşlı Ramidə Quliyeva baş vermiş hadisəyə görə, hoteli günahlandırıb. O, hoteldə heç bir təhlükəsizlik tədbirinin görülmədiyini iddia edib. 


Antalyanın Serik rayonunda da hoteldə qalan rus ailənin 10 yaşlı oğlu Sergey Odajiu hovuzda boğularaq ölüb. 

 
Xəbər 569 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR