Türkiyədə 31 deputat özünü təcrid edib

Türkiyədə 31 deputat özünü təcrid edib

Türkiyədə xarici səfərdən qayıdan 31 millət vəkili özünü cəmiyyətdən təcrid edib.

"Report” "Ahaber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop bildirib.
O, Türkiyə parlamentində koronavirusla bağlı tədbirlər haqqında açıqlamasında mart ayının əvvəlindən etibarən ölkə xaricinə çıxan və xarici səfərdən qayıdan bütün millət vəkilləri barədə məlumata malik olduqlarını bildirib: "Onların arasında Məkkəyə ümrə ziyarətinə gedən və ya oradan dönən deputatımız yoxdur. Özünü təcrid edən millət vəkillərimiz isə Avropadan yenicə dönüblər”.
Onların koronavirusa yoluxub-yoluxmaması hələ ki məlum deyil.
Xəbər 379 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR