Türkiyədə 159 yaşayış məntəqəsində məktəblər bağlandı

Türkiyədə 159 yaşayış məntəqəsində məktəblər bağlandı
  • DÜNYA

Türkiyənin şərqində 159 yaşayış məntəqəsində güclü qar yağması səbəbindən məktəblərdə dərslər dayandırılıb.

Aktual.az Trend-ə istinadən bildirir ki, əlverişsiz hava şəraiti ilə əlaqədar yüzlərlə kəndlə əlaqənin də kəsildiyi bildirilir.
Bu bölgəyə artıq dünəndən aramsız qar yağmağa başlayıb, hava şəraitinin əlverişsiz keçməsi ilə bağlı xəbərdarlıq edilib.

Qeyd edək ki, fevralın 8-də Türkiyənin Qəhrəmanmaraş vilayətində güclü qar yağması səbəbindən dərslər dayanmışdı.
Xəbər 291 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR