Türkiyə XİN başçısı: "İlham Əliyev Ermənistana sülh əlini uzatdı, xoşniyyətli olduğunu göstərdi"

Türkiyə XİN başçısı:

"Hazırda Qarabağda atəşkəs yaranıb. Rusiya sülhməramlıları meydandadır. Ortaq monitorinq mərkəzi qurulur. Məqsəd davamlı sülh və sabitliyə nail olmaqdır".
Aktual.az "Report”a istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 29-da rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra birgə mətuat konfransında bildirib.
"Altılıq formatında bütün imkanlarımızı səfərbər etməyimiz lazımdır. Bu addımlar atıldıqca davamlı sülh yarada biləcəyik, bölgədəki əlaqələr normallaşacaq. Hörmətli İlham Əliyev Ermənistana sülh əlini uzatdı, xoşniyyətli olduğunu göstərdi. Hörmətli prezidentmiz Rəcəb Tayyib Ərdoğan da dəfələrlə bildirib ki, davamlı sülh olarsa, əlaqələrimizi normallaşdıra bilərik", - o deyib.
M.Çavuşoğlu fəaliyyətlərini Azərbaycanla əlaqələndirəcəklərini də vurğulayıb: "Biz elə bir nəticə görmək istəyirik ki, orada sülh yaratmağımıza, monitorinq mərkəzi formalaşdırmağımıza ehtiyac qalmasın".
Xəbər 240 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR