Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.
Aktual.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Danışıq zamanı Türkiyə ilə İran arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan qarşıdakı dövrdə Türkiyə-İran əlaqələrinin institusional çərçivəsini gücləndirəcək addımlar üzərində işləməyə davam etdiklərini bildirib.
Ərdoğan İran prezidenti Pezeşkianı Qurban bayramı münasibətilə təbrik edib.
Xəbər 186 dəfə oxunub.