Türkiyə və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq - Nazir

Türkiyə və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq - Nazir

"Türkiyə və Azərbaycan arasında aviareyslərin sayı həftədə 115-dək artırılacaq".


Aktual.az  Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan deyib.

Nazir bildirib ki, reyslərin sayı yay mövsümündə artırılacaq. M.Cahit əlavə edib ki, hazırda Türkiyə ilə Azərbaycan arasında həftədə 90 aviareys həyata keçirilir.

Nazirin sözlərinə görə, aprelin 22-dən başlayaraq isə Türkiyənin "Pegasus" aviaşirkəti tərəfindən Ankara-Bakı birbaşa reysləri işə düşəcək.

Xəbər 396 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR