Türkiyə Ukraynaya əsgər göndərir? - Çavuşoğlu açıqladı

Türkiyə Ukraynaya əsgər göndərir? - Çavuşoğlu açıqladı

"Ukrayna NATO-nun üzvü olmayacağını, amma təhlükəsizliyinin təmin edilməli olduğunu deyir”.

Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "A Haber” telekanalına açıqlamasında deyib:

"Hazırda biz müharibəni bitirmək üçün səylər göstəririk. Çox ciddi təhlükə var və biz müharibəni bitirmək üçün mübarizə aparırıq. Bu mövzuda ən çox səy göstərən ölkə Türkiyədir. Ən lazımlı nəticə İstanbulda əldə edilib. Ukrayna neytral siyasətə hazırdır, təminat istəyir. Bəzi məsələlər üzrə konsensus əldə olunub. İndi görürük ki, bəzi məsələlər müzakirə olunmur”.

O həmçinin bildirib ki, Türkiyənin Ukraynaya əsgər göndərəcəyi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.
Xəbər 411 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR