Türkiyə: Strateji Alyansın güclü üzvü (FOTO)

Türkiyə: Strateji Alyansın güclü üzvü (FOTO)
  • DÜNYA

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Adana şəhərində təşkil edilən "Türkiyənin NATO-ya üzvlüyünün 68-ci ildönümü: Strateji Alyansıngüclü üzvü Türkiyə” adlı paneldə NATO əməliyyatlarına ən çox töhfə verən ilk 5 ölkədən biri olan Türkiyənin fəaliyyətləri, NATO-nun Türkiyəyə verdiyi töhfələr müzakirə edilib.

Paneldə çıxış edən NATO Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin sədr əvəzi, Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin üzvü Əhməd Berat Çonkar Suriyada əməliyyat zamanı həyatını itirən şəhidlərə Allahdan rəhmət diləyərək Türkiyənin 68 illlik NATO-dakı mövqeyinin çox əhəmiyyətli və qiymətli olduğunu deyib.
 
Türkiyənin NATO əməliyyatlarına çox mühüm, bənzərsiz töhfələr verdiyini, həmçinin öz milli təhlükəsizliyi baxımından NATO-dan önəmli təcrübə və qazanclara sahib olduğunu ifadə edən Əhməd Berat Çonkar soyuq müharibə dövründə NATO-nun cənub və cənub-şərq qanadını müdafiə edən ölkə olaraq Türkiyəninüzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyini xatırladıb.

ÇonkarTürkiyənin 90-cı illərdən bu yana ətrafındakı qeyri-sabitlik səbəbilə böyük bir atəş çəmbərindən keçdiyini vurğulayıb.

"Türkiyənin son zamanlar yaşadığı terrorla mübarizə məsələlərində, xüsusilə NATO daxilində Türkiyənin gözləntilərini tam mənasıyla dərk etməyən, bu nöqtədə də əslində Türkiyənin haqq etdiyi, layiq olduğu dəstəyi ittifaq həmrəyliyi çərçivəsində göstərməkdə bir az zəif olan NATO ittifaqı mənzərəsi ilə qarşı qarşıya qaldıq. NATO təbii ki, problemsiz bir qurum deyil. Ancaq Türkiyənin mövqeyinə nəzər saldıqda Türkiyənin xüsusilə NATO-dan gözləntilərinin həm özünün milli təhlükəsizliyi baxımından çox kritik olduğunu, həm də Avropa və Atlantikanın təhlükəsizliyi baxımından da çox mühüm mövqedə olduğunu görürük. Bunun ən gözəl nümunəsi Suriyada baş verən hadisələr, bu gün orada yaşanan qeyri-sabitlik, münaqişələr, terror təşkilatlarının yaranması terrorla mübarizə məsələsində ortaq mövqenin formalaşmasını və ortaya çıxmasını zəruri etdi. Bu, İŞİD-ə qarşı baş verdi və NATO da xüsusilə koalisiya çərçivəsində lazımi addımları vaxtında atdı”, – deyə o bildirib.

Çonkar xüsusilə İŞİD ilə mübarizədə Türkiyənin meydanda mübarizə aparan yeganə NATO ölkəsi olduğuna diqqət çəkib:

"Bu mənada öz əsgəri ilə bədəl ödəyərək, şəhidlər verərək mübarizə apardıq. Ancaq təəssüf ki, Türkiyənin baş ağrısı olan PKK terror təşkilatıyla, xüsusilə onların Suriya qolu olan YPG ilə bağlı eyni vaxtda apardığı mübarizədə qərb ictimaiyyətindən gözlədiyimiz dəstəyi görə bilmədik. Təbii ki, bunlar ictimaiyyətimizdə məyusluq yaradır və NATO-nun ittifaq həmrəyliyi, bütövlüyü kimi məsələlərdəsual işarəsi yaradır. Türkiyə ictimaiyyəti haqlı olaraq NATO-nun yeri və zamanı gələndə haqlı olduğu hallarda və məsələlərdə Türkiyənin yanında möhkəm şəkildə dayanmasını gözləyir. Bu baxımdan bunu sadəcə Türkiyənin NATO daxilində xüsusi vəziyyəti kimi görmək istəmirəm. Alyans daxilində ən mühüm məsələ təhlükəsizliyin bölünməzliyi prinsipidir. Bir dövlət, bir alyans üzvü təhlükə hiss etdikdə bütün tərəfdaşların və müttəfiqlərin eyni hisslə hərəkət edərək, eyni reaksiyanı vermək qabiliyyəti NATO-nu güclü edən xüsusiyyətidir. Bu xüsusiyyətin qorunub saxlanması NATO baxımından çox dəyərlidir”.

Türkiyənin son zamanlar Suriyada xüsusilə rejimin zülmü altında baş verən humanitar böhranı dayandırmaq və orada təhlükəsizliyi təmin etmək üçün tamamilə beynəlxalq hüquq çərçivəsində əməliyyatlar həyata keçirdiyini xatırladan Çonkar"Türkiyə, xüsusilə əsgərlərə qarşı hücumlardan və şəhidlərdən sonra NATO-nu 4-cü maddə çərçivəsində üzərinə düşən vəzifəni yerinə yetirməyə çağırdı. Burada NATO-dan bəzi konkret tələblərimiz var ki, bunlar hazırda masadadır. Türkiyə bu kritik prosesdə təbii ki, müttəfiqlik həmrəyliyinin nümayiş etdirilməsinə önəm verir. Ümid edirəm ki, NATO bu sınaqlardan doğru bir şəkildə keçəcək və Türkiyənin narahatlıqlarını doğru bir şəkildə dərk edərək lazımi addımları vaxtında atacaq”, – deyib.
Xəbər 551 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR