Türkiyə səfiri: “Şəhidlər Azərbaycanın müstəqilliyinin yolunu açdılar”

Türkiyə səfiri: “Şəhidlər Azərbaycanın müstəqilliyinin yolunu açdılar”

"28 il bundan əvvəl Bakıda tarixin ən qanlı faciələrindən biri yaşanıb. 20 Yanvar tarixə qara gün olaraq keçib. Biz bu acını ürəyimizdə hiss edirik"

Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. 

Səfir bildirib ki, şəhidlər inandıqları uğrunda həyatlarından keçiblər: "Onlar Azərbaycanın müstəqilliyinin yolunu açdılar. 20 Yanvar tarixində insanlığa qarşı günah işlənib. Üzərimizə düşən məsuliyyət onların xatirəsini yad etmək, keçmişdən dərs alaraq bu hadisələrin təkrarlanmaması üçün çalışmaqdır. Yəni, düşmənlərimizin qarşısında hər zaman güclü olmayılıq".(APA)
 
Aktual.az
Xəbər 399 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR