Türkiyə İrandan qaz idxalını dayandırıb

Türkiyə İrandan qaz idxalını dayandırıb

"Türkiyə İrandan təbii qaz idxalını dayandırıb”.

"Report” "Newsru.co”ya istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər nazirinin müavini Yavuz Səlim Kıranın başçılığı ilə ABŞ-da səfərdə olan nümayəndə heyətinin üzvlərindən biri bildirib.
"ABŞ-ın strateji müttəfiqi olaraq biz İrana qarşı sanksiyanı poza bilmərik”,- nümayəndə heyətinin adının açıqlanmasını istəməyən üzvü vurğulayıb.
Bildirilib ki, nümayəndə heyəti ABŞ-la Türkiyə arasında böhranı həll etmək məsqədi ilə Vaşinqtonan səfər edib. Onlar artıq Prezident Donald Trampla görüşüblər.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın İrandan təbii qaz almasına icazə verdiyi 8 ölkədən biri də Türkiyə idi. Ancaq mayın 2-dən bu möhlət başa çatıb.
Xəbər 52 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR