Türkiyə hərbi təyyarələri Pakistana göndərdi

Türkiyə hərbi təyyarələri Pakistana göndərdi

Hindistanla gərginliyin artması fonunda Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi-nəqliyyat təyyarələri Pakistana doğru hərəkət edərkən görüntülənib.
Aktual.az xəbər verir ki, bu barədə "Flaytradar” izləmə xidmətinin məlumatlarında qeyd olunub.
Pakistan mənbələrinə görə, Türkiyənin 6 ədəd C-130 təyyarəsi artıq İslamabaddakı hərbi bazaya enib.
Qeyd edək ki, Hindistan və Pakistan arasında münasibətlər Cammu və Kəşmirdə 25 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra pisləşib.
Xəbər 153 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR