Türkiyə hərbçiləri PKK terrorçulara məxsus çox sayda silah-sursat ələ keçiriblər

Türkiyə hərbçiləri PKK terrorçulara məxsus çox sayda silah-sursat ələ keçiriblər

Türkiyə Silahlı Qüvvələri "Pəncə" əməliyyatı çərçivəsində İraqın şimalında PKK terror qruplaşmasına məxsus çox sayda silah, sursat və partlayıcı qurğular ələ keçiriblər.

Aktual.az Trend-ə istinadən bildirir ki, u barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, Kərkük rayonunda aparılan xüsusi əməliyyat zamanı terrorçulara aid sığınacaq və iki mağara aşkar edilib: "Sığınacaq və mağaralarda 470 ədəd silah-sursat, 34 detonator, 10 ədəd əleyhqaz, tibbi avadanlıqların olduğu çanta, sənədlər, qidə məhsulları aşkar edilib".
Xatırladaq ki, mayın 28-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda irimiqyaslı əməliyyata başlayıblar.
Xəbər 321 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR