Türkiyə BTQ vasitəsi ilə Çinə ilk ixracına başlayır

Türkiyə BTQ vasitəsi ilə Çinə ilk ixracına başlayır

Dekabrın 4-də Türkiyədən Çinə ilk ixracat qatarı İstanbuldan yola çıxacaq.
"Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Türkiyə Dövlət Dəmir Yolları" Nəqliyyat Anonim Şirkəti məlumat yayıb.
Məlumatda həmçinin bildirilir ki, 42konteyner soyuducu daşıyacaq qatar Marmaray, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə hərəkət edəcək. Daha sonra isə Gürcüstan-Azərbaycan-Xəzər dənizi keçidi-Qazaxıstan və Çinin Sian şəhərinə qədər olan 8 693 kilometr yol qət edəcək və Çinə 12 günə çatacaq.
Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263kilometri Gürcüstandan keçir. Yolun 79kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.
Xəbər 122 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR