Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Aktual.az xəbər verir ki, nazirliyin rəsmi tviter hesabında edilən paylaşımda deyilir:
"Qardaş Azərbaycanda Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya düşməsi xəbəri bizi kədərləndirdi. Bu faciəli hadisədə həyatını itirən şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfalar diləyir, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı və səbr diləyirik
Xəbər 456 dəfə oxunub.