Türkiyə Afrində xəstəxananın bombalanması xəbərini təkzib etdi

Türkiyə Afrində xəstəxananın bombalanması xəbərini təkzib etdi

Türkiyə Silahlı Qüvvələri Afrində xəstəxananın bombalanması xəbərini təkzib edib.

"Report” xəbər verir ki, bu barədə "Habertürk” agentliyi ordu rəhbərliyinə istinadən məlumat yayıb.
"Türkiyə Silahlı Qüvvələri tərəfindən Afrində xəstəxananın bombalanmasına dair xəbərlər həqiqətdən uzaqdır”, – deyə Silahlı Qüvvələrin məlumatında bildirilir. Qeyd edilir ki, "Zeytun budağı” əməliyyatı dinc insanlara qəti şəkildə zərər verilməyəcək şəkildə həyata keçirilir.
Qeyd edək ki, bu barədə xəbəri Rusiya mətbuatı yayıb.
Türkiyə ordusu Suriyanın Afrin bölgəsində "Zeytun budağı” əməliyyatını yanvarın 20-də başlayıb. Əməliyyatda məqsəd bölgəni PKK-nın Suriya qolu olan PYD terrorçularından təmizləməkdir.


Aktual.az
Xəbər 298 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR