Türkdilli dövlətlər birgə hərbi təlimlər keçirə bilər

Türkdilli dövlətlər birgə hərbi təlimlər keçirə bilər

Türkdilli dövlətlərin birgə hərbi təlimləri keçirilə bilər. 

Aktual.az "Report"a istinadən xəbər verir ki, bu məsələ noyabrın 5-də Bakıda Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə Baş Qərargahının ikinci rəisi korgeneral Metin Gürakın başçılıq etdiyi nümayəndə heyətinin görüşündə müzakirə olunub. 
İki ölkənin yerləşdiyi regionda baş verən son hadisələrin müzakirə olunduğu görüşdə Azərbaycan-Türkiyə ikitərəfli formatında, həmçinin Pakistan, Gürcüstan, eləcə də türkdilli dövlətlərin müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər 449 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR