Türk lirəsinin məzənnəsi aşağı düşüb

Türk lirəsinin məzənnəsi aşağı düşüb

Türkiyə lirəsinin məzənnəsi aşağı düşüb.

Aktual.az Trend-ə istinadən bildirir ki, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın Qolan yüksəkliklərinin İsrailə aid olması barədə qərarını tənqid etdikdən sonra baş verib.
Lirənin dollara nisbətdə məzənnəsi 4% aşağı düşüb və məzənnə bir dollara görə 5,7 lirə təşkil edib. İstanbul BİST birjasının indeksinə görə, fond bazarı 3,5% itirib.

Türkiyənin Mərkəzi Bankı hərracları müvəqqəti olaraq dayandırıb.
Xatırladaq ki, R.T.Ərdoğan İsrailin Qolan yüksəkliklərinin işğalının qanuniləşdirilməsinə Türkiyənin heç vaxt imkan verməyəcəyini bildirib.
Xəbər 459 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR