"Türk Hava Yolları" İstanbul-Gəncə istiqamətində birbaşa uşuşlara başlayır


Türkiyənin milli aviadaşıyıcısı "Türk Hava Yolları" (THY) şirkəti İstanbul-Gəncə istiqamətində mayın 15-dən etibarən birbaşa aviareyslərə başlayır.

Bu barədə "Report”a şirkətdən bildirilib.

Məlumata görə, aviareyslər həftədə iki dəfə olmaqla çərşənbə axşamı və şənbə günü həyata keçiriləcək.

Qeyd edək ki, "Türk Hava Yolları" hazırda İstanbil-Bakı, Ankara-Bakı istiqamətində birbaşa aviareyslər həyata keçirir.

Xatırladaq ki, hazırda THY 226 istiqamət üzrə aviareyslər həyata keçirir.
Xəbər 234 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR