Turistlərin ən çox getdiyi ölkələr - Siyahı

Turistlərin ən çox getdiyi ölkələr - Siyahı

BMT-nin Ümumdünya Turizm Təşkilatı dünyada əcnəbilərin ən çox ziyarət və səfər etdikləri ölkələrin siyahısını tərtib edib.


Aktual.az  Azvision.az -a istinadən xəbər verir ki, reytinq cədvəlində birinci yerdə Fransa qərarlaşıb. Əcnəbilər xarici ölkələr sırasında daha çox Fransaya getməyə üstünlük verirlər. 2017-ci ildə Fransaya 86,9 milyon turist səfər edib.

Siyahıda ikinci yer Aralıq dənizinin sahilində yerləşən İspaniyaya (81,8 milyon nəfər), üçüncü pillə isə ABŞ-a (75,9 milyon nəfər) məxsusdur. Reytin cədvəlinin digər pillələrində isə müvafiq olaraq Çin, İtaliya, Meksika, Birləşmiş Krallıq, Türkiyə, Almaniya və Tailand qərarlaşıb.

Lakin bu sıralamada Fransa əcnəbilərin ən çox getdiyi ölkə olsa da, onların ən çox pul xərclədiyi yer deyil. Belə ki, ötən il turistlər ən çox ABŞ-da vəsait xərcləyib – 210,7 milyard dollar. Vətəndaşları qlobal turizm səyahətlərinə ən çox pul xərcləyən ölkə isə yenə də Çindir. 2017-ci ildə bu ölkənin vətəndaşları xarici turizm səfərləri üçün 257,7 milyard dollar xərcləyiblər.

Turist axınının ən dinamik şəkildə artdığı ölkə isə Misirdir. Belə ki, 2017-ci ildə bu ölkəyə turist axını 55% çoxalıb. Turistlər arasında populyarlaşan ikinci ölkə Afrikadakı Qana, üçüncü isə Vyetnamdır. Qeyd edilir ki, son zamanlar bu ölkələrə əcnəbilərin marağı durmadan artır.

 
Aktual.az
Xəbər 366 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR