Törətmədiyi cinayətə görə 27 il cəza çəkən şəxs azadlığa çıxdı

Törətmədiyi cinayətə görə 27 il cəza çəkən şəxs azadlığa çıxdı
  • DÜNYA

ABŞ-da törətmədiyi cinayətə görə 27 il cəza çəkən Valentino Dikson azadlığa buraxılıb.
 
Aktual.az  "Report"a istinadən xəbər verir ki, bu barədə "Golfworld" jurnalı məlumat yayıb.
 
Bildirilir ki, Dikson dava və atışmanın baş verdiyi əyləncə mərasimində olub. Diksonun sözlərinə görə, o, toqquşmada iştirak etməyib və hadisə yerini tərk edib. Həmçinin bildirib ki, atışmada 17 yaşlı yeniyetmənin öldürülməsindən xəbərsiz olub.
 
Diksonun anasının sözlərinə görə, ailə üzvləri Valentinonun polis tərəfindən axtarıldığını onun dostları vasitəsilə biliblər. Bir qədər sonra asayiş keşikçiləri onların evinə gəlib və Diksonu həbs ediblər.
 
Aktual.az
Xəbər 53 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR