Trampın iddiası: "Ukrayna münaqişəsini bir sutkada nizamlaya bilərdim"

Trampın iddiası:
  • DÜNYA

ABŞ-ın sabiq prezidenti Donald Trampın iddiasına görə, o, hazırda Amerika administrasiyasına rəhbərlik etsəydi, Ukraynadakı münaqişəni 24 saat ərzində sülh yolu ilə nizamlaya bilərdi.
Aktual.az xəbər verir ki, Donald Tramp bu barədə "Truth Social” sosial şəbəkəsində yazıb.
O, Cozef Bayden administrasiyasının Ukraynadakı vəziyyətlə bağlı fəaliyyətini şərh edərkən Kiyevə milyonlarla dollarlıq silah göndərmək əvəzinə, münaqişənin sazişlə başa çatdırılmalı olduğunu bildirib. Amerikanın sabiq liderinin sözlərinə görə, Vaşinqtonun hərəkətləri Ukrayna münaqişəsini dünya müharibəsinə çevirə bilər.
Yanvarın 26-da ABŞ dövlət katibinin siyasi məsələlər üzrə köməkçisi Viktoriya Nuland deyib ki, Ukrayna ilə ciddi danışıqlar aparılacağı təqdirdə, Ağ ev Rusiyaya qarşı sanksiyaların yumşalması imkanlarını nəzərdən keçirməyə hazırdır. O, həmçinin vurğulayıb ki, Vaşinqton Rusiyanın işğal etdiyi ərazilərin Kiyevin nəzarətinə qayıtmasına nail olmağa çalışır.


Xəbər 155 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR