Tramp Yaxın Şərqə əlavə qoşun göndərilməsini təsdiqləyib

Tramp Yaxın Şərqə əlavə qoşun göndərilməsini təsdiqləyib
  • DÜNYA

ABŞ Prezidenti Donald Tramp İranın Səudiyyə Ərəbistanına güman edilən hücumu ilə əlaqədar Yaxın Şərqə əlavə qoşun göndərilməsini təsdiqləyib.

"Report" "RİA Novosti" yə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Mark Esper söyləyib.
Bundan əvvəl ABŞ İranı Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücum etməkdə günahlandırıb. İran bu ittihamı rədd edib.
"Prezident, əsasən hava və raket hücumundan müdafiəyə yönələcək ABŞ qüvvələrinin yerləşdirilməsini təsdiqlədi", - deyə Esper bildirib.
"ABŞ İranla müharibəyə can atmır... amma çox sayda hərbi əməliyyat variantı var", - deyə o əlavə edib.
Xəbər 249 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR