Tramp Yaxın Şərqə əlavə qoşun göndəriləcəyini təsdiqləyib

Tramp Yaxın Şərqə əlavə qoşun göndəriləcəyini təsdiqləyib

Prezident Donald Tramp ABŞ-ın Yaxın Şərqə əlavə olaraq 1500 hərbi qulluqçu göndərəcəyini açıqlayıb.

ONA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə o, Yaponiyaya səfərindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
"Biz Yaxın Şərqə əlavə qüvvələr göndərəcəyik. Təxminən 1500 nəfər”, - Tramp belə deyib.
Onun sözlərinə görə, bu addım regionda olan Amerika hərbçilərinin mühafizəsinə yönəlib.
ABŞ müdafiə nazirinin vəzifələrini icra edən Patrik Şanahan da bu məlumatı təsdiqləyib. O bunu Vaşinqtonla Tehran arasındakı gərginliklə əlaqələndirib.
"Pentaqon Konqresə bildirib ki, mən qoşun komandirinin ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının əməliyyat məsuliyyəti zonasına təxminən 1,5 min əlavə hərbi şəxsi heyət və mühafizə vasitəsi göndərməsini xahiş etmişəm. Bu, İran tərəfindən gözlənilə bilən təhlükələrə qarşı ağıllı addımdır”, - deyə Şanahan bildirib.
Pentaqondan, həmçinin bildirilib ki, əlavə qüvvələr Suriya və İraqda yerləşdirilməyəcək.
Xəbər 368 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR