ABŞ Prezidenti Donald Tramp kürəkəni Cared Kuşnerə xarici siyasət məsələlərində tam etimad göstərir.
Aktual.az xəbər verir ki, bu barədə CNN Ağ Evdəki mənbələrə istinadla məlumat yayıb.
"Kuşner bir çox insanlarda, hətta prezident ətrafının ən yüksək eşelonlarında belə, malik olmayan nadir keyfiyyətə malikdir: Trampın tam etibarı”, - mənbə bildirib.
Onun sözlərinə görə, Trampın Kuşnerə göstərdiyi bu etimad xarici liderlərə onun vasitəsilə birbaşa ABŞ prezidentinin mövqeyi ilə qarşılaşdıqlarını anlamaqda həlledici rol oynayıb.
Qeyd edək ki, Kuşner 30 noyabrda Floridada ABŞ və Ukrayna arasında keçirilən danışıqlarda iştirak edib.
Xəbər 40 dəfə oxunub.