Tramp tutduğu vəzifədə öz işini "5 +" kimi qiymətləndirib

Tramp tutduğu vəzifədə öz işini
  • DÜNYA

ABŞ prezidenti Donald Tramp tutduğu vəzifədə öz işini "5 +" kimi qiymətləndirib.


Aktual.az "report"-a istinadən bildirir ki, o bunu bazar günü "Fox News" telekanalına müsahibəsində deyib.

"Yaxşı işlədiyimi düşünürəm...Mən özümə belə qiymət verərdim... Qulaq asın, mən buna dözə bilmərəm, ancaq mən bunu edəcəyəm. Mən özümə "5+" verərdim. Kifayətdir? Daha yüksək qiymət verə bilərəm özümə?" - deyə o bildirib.

 

Prezident deyib ki, onun dövründə ABŞ iqtisadiyyatı çiçəklənir və əgar o olmasaydı, ölkə yəqin ki, artıq Şimali Koreya ilə müharibə aparırdı.

 
Aktual.az
Xəbər 288 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR