Tramp soyuqlarla əlaqədar amerikalıları evdən bayıra çıxmamağa çağırıb

Tramp soyuqlarla əlaqədar amerikalıları evdən bayıra çıxmamağa çağırıb
  • DÜNYA

ABŞ prezidenti Donald Tramp ölkənin bir neçə bölgəsinə yağan güclü qar səbəbindən amerikalıları ehtiyatlı olmağa və evdən bayıra çıxmamağa çağırıb. 


"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, prezident bu barədə "Twitter”də yazıb.
"Ehtiyatlı olun və evdə oturmağa çalışın. Ölkənin əksər hissəsi böyük miqdarda qardan və demək olar ki, rekord həddə şaxtalardan əziyyət çəkir. Küləyin bu qədər güclü olması çox qəribədir. İndi bir az köhnə xoş qlobal istiləşməni hiss etmək pis olmazdı”, – deyə Tramp bildirib.

Xəbər 286 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR