Tramp seçkilərdə məğlubiyyətinin yeganə şərtini açıqladı

Tramp seçkilərdə məğlubiyyətinin yeganə şərtini açıqladı
  • DÜNYA

ABŞ prezidenti Donald Tramp bildirib ki, qarşıdan gələn seçkilərdə məğlub olacağı təqdirdə hakimiyyətin "dostcasına” ötürülməsini prosesini istəyir, o, ancaq əgər rəqiblərinin - demokratların poçtla səsvermədə fırıldaq işlədəcəkləri tədqirdə uduza bilər.

Bu barədə "Report" "RİA "Novosti"yə istinadən xəbər verir.

"Biz yalnız onların fırıldaq işlədəcəkləri təqdirdə seçkiləri uduzacağıq. Və onların buna nail olmalarına imkan verə bilmərik - karta bizim ölkəmiz qoyulub, çünki bu insanlar bizim ölkəmizi dağıdacaqlar və biz belə şeyə yol verə bilmərik. Bu fırıldaqdır, onlar bunu bilirlər və KİV bilir, dəqiq bilirlər ki, nə olacaq. Amma demokratlar bu barədə hamıdan daha yaxşı bilirlər.

Amma biz buna imkan verə bilmərik - əgər siz nəsə görsəniz, siz bu barədə bildirməlisiniz", - Tramp Virciniyada tərəfdarları qarşısındakı çıxışında deyib.

"Biz dostcasına keçid dövrünü istəyirik, amma istəmirik ki, bizi aldatsınlar. Axmaq olmaq istəmirik, onların minlərlə bülletenlə fırıldaqçılıq etdiklərini bilək və desinlər ki, "Bəli, gəlin hakimiyyəti verin". Biz buna dözməyəcəyik", - deyə prezident əlavə edib.

O həmçinin vurğulayıb ki, seçkilərin qalibi ola bilər ki, səsvermələrdən sonrakı aylar ərzində məlum olmasın.

"Qalibi həmin axşam tanımağınız çox çətin görünür. Mən irəlidə ola bilərəm, amma hamısı gələcək və bülletenlər gələcək, çünki bülletenlərin daha sonra çatdırılacağını söyləyirlər", - deyə Tramp əlavə edib.
Xəbər 88 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR