Tramp Rusiyanın G8-ə qayıtması təklifi ilə çıxış edib

Tramp Rusiyanın G8-ə qayıtması təklifi ilə çıxış edib
  • DÜNYA

ABŞ prezidenti Donald Tramp yenidən Rusiyanın G8-ə (Böyük səkkizlik -red) qayıtması təklifi ilə çıxış edib.

"Report” TASS-a istinadla xəbər verir ki, bu barədə "Agency France Presse” məlumat yayıb.
Bildirilir ki, ABŞ prezidenti Rusiyanın G8 formatına qayıdışını məqsədəuyğun hesab edir. "Mən düşünürəm, Rusiyanın G8-də olmasl daha məqsədəuyğun olardı”, – deyə Ağ Evin başçısı Vaşinqtonda Rumıniya prezidenti Klaus Yohannislə görüşü zamanı jurnalistlərə bildirib.
Qeyd edək ki, bu, Ağ Ev rəhbərinin növbəti belə təklifidir. Ötən ilin 8 iyununda da ABŞ prezidenti Rusiyanın G7-nin toplantısında iştirak etməsini istəyib.
Xəbər 197 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR