Tramp Kim Çen Indan yeni görüşlə bağlı məktub alıb

Tramp Kim Çen Indan yeni görüşlə bağlı məktub alıb
  • DÜNYA

ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Indan yeni görüş təklifi ilə bağlı məktub alıb.


"Report” RT-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, məktub "mehriban” və "isti” (münasibətlər nəzərdə tutulur – red) olub.

Sanders əlavə edib ki, ABŞ yeni görüşün keçirilməsinə açıqdır. Hazırda iki tərəf arasında bununla bağlı danışıqlar aparılır.

"Məktubun (Kim Çen Inın məktubu- red) əsas məqsədi prezidentlə (Donald Tramp-red) daha bir görüşün planlaşdırılmasını təklif etməkdir. Biz ona hazırıq”, – deyə o bildirib.

 
Aktual.az
Xəbər 232 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR