Tramp impiçment üzrə dinləmələri "millət üçün biabırçılıq" adlandırıb

Tramp impiçment üzrə dinləmələri
  • DÜNYA

ABŞ-ın Konqresində impiçment məsələsinin araşdırılması üzrə dinləmələrdə qurulmuş qaydalar bütün ölkə üçün biabırçılıqdır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evdə jurnalistlərin suallarına cavabında ABŞ prezidenti Donald Tramp bildirib.
"Mən bir az dinləmələrə baxdım, dünən baxmamışdım, çünki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparırdım. Bu, biabırçılıqdır", - deyə ABŞ prezidenti bildirib.
"Bizim böyük respublika nümayəndəliyimiz var, insanlar insanı seçiblər. Amma dinləmələrdə respublikaçılara suallar, bəyanat verməyə, şahidlik etməyə icazə vermirdilər. Bu, bizim millətimiz üçün biabırçılıqdır", - Ağ Ev rəhbəri əlavə edib. 
Xəbər 77 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR