Tramp Ərdoğanla müzakirə etdiyi məsələdən bəhs edib

Tramp Ərdoğanla müzakirə etdiyi məsələdən bəhs edib
  • DÜNYA

ABŞ prezidenti Donald Tramp bildirib ki, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında həmkarı ilə iki ölkənin iqtisadi əməkdaşlığını müzakirə edib.

"Report”un məlumatına görə, bu barədə Ağ Ev rəhbəri özünün "Twitter” səhifəsində yazıb.
"Türkiyə prezidenti Ərdoğanla danışdım… ABŞ və Türkiyə arasında iqtisadi məsələlər haqqında danışdıq – (iqtisadi məsələlərin -red) əhəmiyyətli genişlənmə üçün böyük potensial!” – deyə ABŞ prezidenti qeyd edib.
O, həmçinin əlavə edib ki, türk lideri ilə Suriyada təhlükəsizlik zonalarının yaradılması ideyasını və terrorçularla mübarizəni də müzakirə edib.
Daha əvvəl bildirilib ki, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Xəbər 274 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR