Azərbaycanda ŞOK HADİSƏ: gəlin toy günü sevgilisinə qoşulub qaçdı - TƏFƏRRÜAT (YENİLƏNDİ)

Azərbaycanda ŞOK HADİSƏ: gəlin toy günü sevgilisinə qoşulub qaçdı - TƏFƏRRÜAT (YENİLƏNDİ)

İmişli rayonunun Qaradоnlu kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Məhəmməd İsmayılov Publika.az-a açıqlamasında iki gün əvvəl baş verən hadisənin təfərrüatı barədə məlumat verib:

"Hadisə iki gün əvvəl yaşanıb. Qız toyundan sonra evə gəlib və həmin axşam sevdiyi oğlanla qaçıb. Ailə elə həmin gecə hadisədən xəbər tutub. Məlum olub ki, qız başqa kənddən olan öz qohumları ilə qaçıb. Səhv etmirəmsə, bibinəvəsidir”.
Qızın ailəsi tərəfindən məcbur olaraq evləndirilməsinə gəldikdə, icra nümayəndəsi ailə məsələsi olduğundan bu barədə dəqiq fikir yürütməyin doğru olmadığını dedi: "Həmin qız bir ildən çoxdur nişanlı idi. Oğlan qonşu kənddən idi və bayramlarda oğlanın ailəsi həmişə gəlib-gedirdi. Qız bu evliliyə razı olmasaydı, bu qədər müddətdə etiraz etmək imkanı var idi. Bəlkə də, hadisə toydan əvvəl baş versəydi, bu qədər qalmaqal olmazdı. Lakin yenə də qeyd edirəm, ailə məsələsi olduğundan fikir yürütmək doğru olmaz”.
 
***
Azərbaycanda toy günü gəlin başqasına qaşulub qaçdı.

AzNews.az xəbər verir ki, hadisə İmişli rayonunun Qaradonlu kəndində baş verib. Toy mərasimi aprelin 15-də İmişli şəhəri "Kral” şadlıq sarayında baş tutub. Mərasimdən sonra gəlin başqasına qoşulub qaçıb. Gəlinin sevgilisi ilə birlikdə qaçdığı deyilir.

Qızın valideynləri məsələ ilə bağlı İmişli Rayon Polis Şöbəsinə məlumat verib.

Şöbənin müstəntiqi Elsəvər Əliyev AzNews.az-a açıqlamasında toyu olan qızın sevgilisi ilə qaçdığını deyib:

"Qızın yeri məlumdur, izahat da alınıb. Deyir sevib, könüllü qaçmışam. Beş ildir bir-birimizi sevirdik. Məqsədim ailə qurmaqdır. Biz ona heç nə edə bilmərik, yaşı tamam, sevdiyi şəxslə ailə qurub.”
 
Aktual.az
Xəbər 3775 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR